Pentaqonda keçirilən görüşdə Ermənistan Silahlı Qüvvələrində islahatlar, Ermənistan-Amerika müdafiə əməkdaşlığının prioritetləri, beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Lloyd Ostin ABŞ-nin Ermənistanın müstəqilliyi və suverenliyinə dəstəyini, eləcə də islahatları təşviq etməyə hazır olduğunu vurğulayıb.
Tərəflər regionda uzunmüddətli sülhə nail olmaq istəklərini bir daha təsdiqləyiblər. (APA)