07.05.2025, 13:19
AZ EN
09.02.2023, 13:05 388

Parlamentin sədri deputatı insanlıqdan məhrum adlandırdı

XƏBƏRLƏR

Fevralın 9-da Qərbi Azərbaycandakı hay parlamentində deputat Armen Carçıyanın deputat toxunulmazlığı ləğv edilib. Müxalif deputatlar bu prosesdə iştirak etməyiblər və sonra zala daxil olub digər məsələlərin müzakirəsinə qoşulmaq istəyiblər. "Hayastan" fraksiyasının üzvü Geğam Manukyan isə sözünə Türkiyəyə verilən başsağlığı ilə bağlı narazılıqla başlayıb və baş nazir Nikol Paşinyanın düzgün hərəkət etmədiyini bir neçə dəfə təkrarladıqdan sonra spiker Alen Simonyan onun çıxışını dayandıraraq deyib: "...insan olmaq lazımdır. Mən də Türkiyəyə başsağlığı verdim və düz etdim. Ona görə ki, biz hayıq, xristyanıq, 10 min vətəndaş həlak olub, bu acını biz də yaşamışıq.

Bizə deyirlər ki, İranda da zəlzələ oldu, 3 nəfər həlak oldu, başsağlığı vermədiniz. Türkiyədəki zəlzələyə bütün dünya acıyır, başsağlığı verir. Kipr milli məclisinin sədri də başsağlığı verib, halbuki, Türkiyə onların ölkəsinin yarısını zəbt edib.

Bəli, kömək də göndərdik, qəbul edərlər, etməzlər bu artıq ikinci məsələdir.

Ermənistan hakimiyyəti ilə "arsax hakimiyyətinin" də arasını niyə vurursunuz? Bunun mənası nədir? Bundan kim qazanacaq?"

Sədrin bu sözlərindən sonra Geğam Manukyan çəlimsiz bədənini bir neçə dəfə sağa-sola çevirməklə iclası tərk edib.

Xatırladaq ki, o,dünən jurnalistlərə açıqlamasında demişdi ki,xilasedicilər sırasında olsam, xilas etmək yox, başqa hərəkət edərdim.

Bütün bunlara görə də yenidən vurğulamağa ehtiyac var ki, qardaş Türkiyənin haylara ehtiyacı yoxdur və olmayacaq da!

Nəsib QARAMANLI

Oxşar xəbərlər