01.05.2024, 01:42
AZ EN
18.04.2024, 11:29 196

Erməni qadın N.Paşinyanı namussuz adlandırır

XƏBƏRLƏR
  • İşğal olunmuş Əskipara kəndində qanunsuz məskunlaşan Karine adlı qadın "Hraparak" telekanalının müxbiri Lia Sarqsyanla söhbətində baş nazir Nikol Paşinyanla dünənki görüşlərin məqamları barədə danışarkən erməni həyasızlığını isbatlayıb.

Tarixdən və reallıqdan tam uzaq olan bu qadın da bildirib ki, guya həmin kənd də erməni torpağıdır və baş nazir namussuz adam olduğuna görə Əskiparanın boşaldılıb təhvil verilməsini istəyir. O, deyib ki, guya 1915-ci ildə türklər "soyqırımı törədiblər" və indi bu işi Nikol həyata keçirir.

Onu da xatırladaq ki, Əskiparada yaşayan bir neçə yaşlı erməni isə bu kəndin Azərbaycana məxsus olduğunu etiraf edib.

N.Qaramanlı

Oxşar xəbərlər