- Bu gün Ermənistan parlamentində 44 günlük müharibənin başlanmasının səbəbləri və nəticəsi barədə növbəti məruzə dinlənildikdən sonra müzakirələr aparılıb. Təhlükəsizlik və müdafiə məsələləri üzrə daimi komissiyasının sədri Andranik Koçaryan daha bir neçə yüksək türbəli zabitdən, həmçinin müharibə iştirakçısından izahat alınmasının vacibliyini bildirərək təhqiqat işlərinin müddətinin daha 6 ay uzadılmasını xahiş edib. Məsələ səsə qoyulub və qəbul edilib.
Xatırladaq ki, sözügedən məsələ ilə bağlı bir il öncə baş nazir Nikol Paşinyanın da izahatı alınmışdı və iki dəfə bu məsələ bağlı hər biri 6 ay olmaqla vaxt uzadılıb.
Xəbəri " Lurer.com" yayıb.
Nəsib