22.11.2024, 00:53
AZ EN
27.02.2023, 09:21 337

Zəngibasar mahalı, Çarbağ kəndi

QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycanın Zəngibasar mahalında, Zəngi çayının yaxınlığında, İrəvan şəhərinin kənarında salınmış Çarbağ kəndində 1918-ci ilə qədər ancaq Azərbaycan türkləri, həmin tarixdən etibarən həm də ermənilər yaşamışlar. "İrəvan əyalətinin icmal dəftəri"ndə (1728) Qırxbulaq nahiyəsinin Çarbağ kəndi kimi qeydə alınmışdır. İ.Şopendə (1832) və sonrakı mənbələrdə kəndin adı Zəngibasar mahalının Çarbax kəndi kimi verilmişdir. Kəndin adının etimoloji izahı ilə bağlı tədqiqatçılar qeyd edirlər ki, Türkmənistanın Qarriqala rayonunda eyniadlı toponim var. Bu yerdə qədim türk tayfaları olan Peçeneqlərin Çor, Çur, Şor tayfasının adı yada düşür. Amma bu da faktdır ki, Çarbağ kəndinin ərazisi vaxtilə İrəvan xanlarının bağ yerləri olmuşdur. 1918-ci ildə erməni daşnaklarının vəhşi hücumlarına məruz qalan kəndin əhalisinə divan tutulmuş, sağ qalanlar kəndi tərk etməyə məcbur olmuşdur. Sovet hakimiyyətinin ilk illərində kəndin qaçqın düşmüş azərbaycanlı əhalisinin bir hissəsi geri qayıtmışdır. Lakin az sonra İrəvan şəhərinin genişləndirilməsi bəhanəsi ilə kənd ləğv edilmiş, İrəvan şəhərinə birləşdirildikdən sonra isə azərbaycanlılar öz doğma ocaqlarından sıxışdırılıb çıxarılmışdır. Həmin əhalinin az bir hissəsi Zəngibasar mahalının yaxın kəndlərində məskunlaşmış, çoxu isə köçüb Azərbaycan Respublikası ərazisində yaşamışlar.

İsa Musayev

Oxşar xəbərlər