Azərbaycan Respublikasının Füzuli rayonu ərazisində, Araz çayının sol sahilində olan Əhmədalılar türbəsi (bəzi mənbələrdə Arğalı türbəsi) Əhmədalılar kəndində yerləşir. Türbənin XIII-XIV əsrlərdə inşa edildiyi ehtimal olunur. Səkkizguşəli formaya malik türbə yonulmuş səkkizguşəli günbəzlə örtülmüşdür. Türbənin günbəzi ikiqatdır, onun konstruksiyası araları doldurulmuş iki cərgə daşlardan ibarətdir. Abidənin daxili məkanı yeraltı sərdabədən və geniş yuxarı kameradan ibarətdir. Türbənin daxilində mehrab-portik yoxdur. Abidə şimal və cənuba istiqamətlənmiş, hamar portallar-oyuğu şəklində işlənmiş iki giriş qapı yerinə malikdir. Abidə bir sıra memarlıq xüsusiyyətləri istisna olmaqla, onun yaxınlığında olan Babı kəndində (Şeyx Babı Yaqub türbəsi) yerləşən türbə ilə eynidir.
İsa Musayev