22.11.2024, 01:42
AZ EN
12.06.2023, 08:10 362

Xocalı rayonu, Meşəli kəndi

QARABAĞ

Azərbaycan Respublikasının Xocalı rayonunun Meşəli kəndi meşəlik yerdə yerləşdiyi üçün belə adlandırılmışdır. Kənd Qırxqız dağının ətəyindədir. Uzun müddət ermənilərin millətçi rəhbər orqanları tərəfindən kəndin adı yaşayış məntəqələrinin rəsmi siyahısına salınmamışdır. 1990-cı ildə kənd statusu verilib. Meşəli kəndinin ərazisində qədim qəsr, imarət, kurqan və s. maddi mədəniyyət nümunələrinin nişanələri var. 1991-ci ildə ermənilər tərəfindən yandırılmış, əhalisi didərgin düşmüşdür. 10 noyabr 2020-ci il tarixli bəyanata uyğun olaraq Meşəli kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.

İsa Musayev

Oxşar xəbərlər

SON XƏBƏRLƏR