22.05.2024, 07:22
AZ EN
03.03.2023, 17:28 79

Parlamentdə sümsük itləri müzakirə olunub

YAZILAR

Ermənistan parlamentinin müzakirə etdiyi məsələlərdən biri ölkədə böyük gülüş obyektinə çevrilib. Belə ki, parlamentin son iclasında gümrülü deputat vilayətdə sahibsiz itlərin getdikcə çoxaldığını və əhali arasında qorxu sindromları yarandığını pafosla bildirdikdən sonra sədrin icazəsi ilə tribunaya qalxan ətraf mühitin qorunması və ekologiya naziri belə halların demək olar ki, bütün vilayətlərdə müşahidə olunduğunu bildirib və problemin həllinə söz verib. Bundan sonra müxalif deputatlar fəallaşaraq ölkədə çoxlu problem olduğu halda bir neçə sümsük it barədə müzakirə aparılmasını dünyanın ən gülməli olaylarından biri hesab ediblər. Sədrin müdaxiləsindən sonra zaldakı gülüş kəsilib və həmin itlərə qarşı tədbir görüləcəyi bildirilib. Əhali isə "it bizdən hörmətli tutulub", - deyə müxtəlif lətifələr yaratmaqdadır.

Nəsib Qaramanlı

Oxşar xəbərlər