Millət vəkili vurğulayıb ki, dəyişikliklərə görə, həmin günlərdə görülən işə görə təkcə gündəlik deyil, eyni zamanda saatlıq tarif maaşı da nəzərə alınacaq. Bu isə o deməkdir ki, istirahət və bayram günlərində qismən işləyən və tam iş günü yerinə bir neçə saat fəaliyyət göstərən işçilər də daha ədalətli şəkildə, hər saat üçün ikiqat ödəniş alacaqlar.
Yeni yanaşmaya əsasən:
Vaxtamuzd sistemində çalışanlara- gündəlik və saatlıq maaşın iki misli,
İşəmuzd sistemində olanlara - ikiqat işəmuzd qiyməti,
Aylıq maaşla işləyənlərə isə görülən iş aylıq normanı keçmirsə, əlavə ödəniş gündəlik/saatlıq maaşdan az olmayacaq, normanı keçirsə - bu məbləğin iki misli olacaq.
Deputat bildirib ki, saatlıq tarifin məcəlləyə daxil edilməsi xüsusilə vacib idi. Çünki bəzi hallarda əmək fəaliyyəti yalnız bir neçə saatı əhatə edir və bu zaman işçilər həmin işə görə kifayət qədər ödəniş ala bilmirdilər. Artıq yeni dəyişikliklərlə bu problemin aradan qaldırılması hədəflənir.
Məsələn, əgər bir işçinin saatlıq tarifi 25 manatdırsa və o, bayram günü 3 saat işləyibsə, ona 75 manat deyil, 150 manat ödəniləcək.
Bu dəyişikliklər eyni zamanda saatlıq iş rejiminə keçidlə bağlı müzakirələrə də uyğunlaşdırılıb və beynəlxalq əmək ödənişi standartlarına uyğunlaşdırmanı da təmin edəcək.
Tahirə AĞAMİRZƏ