22.02.2025, 07:58
AZ EN
21.02.2025, 12:51 208

NATO nümayəndələri Ermənistanda: Zəngəzur dəhlizi fonunda kritik həmlələr edilir

YAZILAR
  • “Biz əvvəl də bu məsələyə toxunanda qeyd etmişdik ki, Ermənistanın növbəti hədəfi və  məqsədi NATO-ya üzv olmaqdır. Şübhəsiz ki, bu, ağır bir prosesdir. O qədər də asan deyil ora qəbul olmaq. Çünki bu günə kimi biz hələ də Ukraynanın bu istiqamətdə çalışdığını, amma heç bir nəticənin olmadığını görürük”.

Bunu ARB24-ə açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. Deputat bildirib ki,  Ermənistan da ümumiyyətlə, bu son dövrlər tamamilə Rusiyadan uzaqlaşmaq, tam Qərbə inteqrasiya etmək istiqamətində çalışır: “Yəni Ermənistan  hazırkı dövrdə nə qədər  ki, Rusiya ilə Ukrayna arasında hansısa bir anlaşma yoxdur, müharibə dayanmayıb, bu zaman kəsiyindən istifadə edərək ən qısa vaxtda  Avropa təsissatlarına üzv olmaq üçün çalışır və eyni zamanda NATO-ya. Çünki Ermənistan bu gün təhlükəsizliyini orda görür. Ona görə də davamlı olaraq biz Amerika Birləşmiş Ştatlarının əvvəlki dövrdə hərbçilərinin Ermənistana gəldiyini görürdük. Fransanın, ayrlı-ayrı ölkələrin və orda bu gün müxtəlif ölkələrindən hərbi ekspertlərvar ki, onlar Ermənistan ordusunun gücləndirilməsi üçün çalışırlar. Yəni  bu gün Ermənistan Qərb üçün, əksər Qərb dövlətləri üçün ən önəmli dövlətlərdən biridir və uzun müddət də belə olacaqdır. Yəni gələcəkdə Ermənistan Türkiyəyə də qarşı, İrana da qarşı, bizə qarşı da, Gürcüstana qarşı da  yenə istifadə oluna bilər. O, mənada Ermənistan ordusunun gücləndirilməsi, onun yeni silahlarla təmin olunması, nə qədər  Paşinyan desə də ki,  bizim məqsədimiz, öz müdafiəmizi gücləndirməkdir, əslində burada əsas məqsəd və  hədəf Ermənistan ordusunun daha da gücləndirilməsidir.

Azərbaycan isə uzun illər öncə artıq bu istiqamətdə addımlarını atıb. Prezident İlham Əliyev dəfələrlə  bu barədə öz fikirlərini bildirib.  Bizim artıq Ordumuz deyə bilərik ki, NATO standartlarına  tam uyğunlaşdırılıb. Yəni biz bir müddətdir bu prosesə başlamışıq. Türkiyə  Ordusu NATO standartlarına  uyğun formalaşdırılıb və  bu gün Azərbaycanda da  bu proses uğurla aparılır. Amma Ermənistanla bağlı isə düşünürəm ki, hələ Ermənistanın qarşıda  bir çox problemləri var. Yəni Rusiya Ermənistanla münasibətlər məsələsinə yenidən qayıdacaq. Xüsusilə də Ukrayna ilə əgər hər hansı  razılaşma olarsa və bu da növbəti mərhələdə özünü açıq göstərəcək”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər