Bu fikirləri müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib. O bildirib ki, ECO çərçivəsində Azərbaycanın təşkilatçılıq qabiliyyəti, xüsusən COP29 kimi ekoloji sammitə ev sahibliyi beynəlxalq arenada təqdir olunur: “Zirvə görüşündə regional ticarət, enerji, nəqliyyat, dayanıqlı inkişaf, sosial inklüzivlik kimi məsələlər müzakirə olunacaq. Təmiz Enerji Mərkəzi rəsmi olaraq açılacaq.
Zirvə görüşündən gözləntilər əsasən bunlardır:
- Ticarət əlaqələrinin gücləndirilməsi – regionda sərbəst ticarətin inkişafı üçün yeni mexanizmlər, rəqəmsal gömrük sistemləri müzakirə olunacaq;
- İnfrastruktur və nəqliyyat – Bakı Tbilisi Qars, Cənub Qaz Dəhlizi kimi təşəbbüslərin davam etdirilməsi prioritetdir;
- Enerji əməkdaşlığı – xüsusilə bərpaolunan enerjinin ekoloji şəkildə gücləndirilməsi və region enerji təhlükəsizliyinin təmin edilməsi diqqət mərkəzindədir;
- Dayanıqlı regional inkişaf – iqlim dəyişikliyinə qarşı mübarizə və ekoloji davamlılaşma əsas mövzulardır;
- Sosial inklüzivlik – gənclər və qadınların iqtisadi fəaliyyətdə rolu ayrıca gündəmə gələcək.
Bu Zirvə görüşü Azərbaycanın beynəlxalq diplomatiyadakı öncül rolunu və regional əməkdaşlıq niyyətini daha da gücləndirəcək əlamətdar hadisədir. Ölkəmizin iqtisadi əlaqələrinin güclənməsinə, region ölkələri arasında iqtisadi əməkdaşlığın güclənməsinə Zirvə görüşünün mühüm töhfəsi olacaq”. (AZƏRTAC)