13.02.2026, 14:23
AZ EN
13.02.2026, 12:02 211

Akif Əlinin "Özgə dünya" adlı kitabı çap edilib

XƏBƏRLƏR
  • "Yazarlar" jurnalının Azərbaycanın Milli Qəhrəmanı şəhid Rövşən Hüseynovun xatirəsini əbədləşdirmək məqsədilə hər il həyata keçirdiyi "25 yarpaq" layihəsi çərçivəsində 2026-cı il üçün Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Akif Əlinin "Özgə dünya" adlı kitabı çap olunub.

Qeyd edək ki, şəhid Rövşən Hüseynovun doğum günü fevralın 22-si olduğuna görə hər ilin bu ayında layihə çərçivəsində bir kitab nəşr olunub oxuculara təqdim edilir.

Kitabın redaktoru Gülü - Gülüzə Mustafayeva, naşiri Tuncay Şəhrili, layihə rəhbəri isə "Yazarlar" jurnalının baş redaktoru Zaur Ustacdır.

Kitab ölkənin əsas kitabxanalarına hədiyyə olunmaqla yanaşı, bir neçə stabil platforma üzərindən elektron kitab formasında da yayımlanır.

Mina RƏŞİD

Oxşar xəbərlər