Mədəniyyəti Mərkəzindən bildirilib ki, tanınmış ədəbiyyatşünas alim, professor Mahirə Hüseynova tərəfindən oxunan mühazirələrdə tələbələrə xalqımızın Qərbi Azərbaycanda yaratdığı maddi-mədəni və ədəbi irs, mədəniyyət nümunələri, ədəbi prosesin inkişaf xüsusiyyətləri barədə geniş məlumat verilib.
Bildirilib ki, erməni təcavüzü nəticəsində tarixi ata-baba yurdumuz olan Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın doğma yerlərdən didərgin düşməsindən sonra orada Azərbaycan xalqı tərəfindən əsrlər boyu yaradılmış maddi-mədəni irsimiz də vandalizmə məruz qalıb. Azərbaycanlılar tərəfindən tikilmiş tarixi binalar, abidələr, dini məbədlər məhv edilib. O torpaqların hər qarışında xalqımızın silinməz izləri vardır, bunun ən bariz nümunəsi isə Azərbaycan xalqına aid yer adlarının, toponimlərin hələ də öz varlığını qoruyub saxlamasıdır.
Diqqətə çatdırılıb ki, Qərbi Azərbaycandan köçkün düşmüş azərbaycanlılar respublikamızın müxtəlif bölgələrində və dünyanın fərqli ölkələrində yaşasalar da, hər zaman öz tarixi torpaqlarına dönəcəkləri günü gözləyirlər. Qarabağın azad olunmasından sonra onların bu inamı birə min artıb. Onlar əmindilər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu arzuları da yaxın gələcəkdə gerçəkləşəcək.
Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bu mövzuda mütəmadi olaraq mühazirələrin təşkili davam etdiriləcək. (AZƏRTAC)