22.11.2024, 10:16
AZ EN
19.08.2022, 17:43 200

“Azərbaycan – qədim sivilizasiya məskəni”: Xudafərin körpüsü

XƏBƏRLƏR
  • Mədəniyyət Nazirliyi “Azərbaycan – qədim sivilizasiya məskəni” adlı videolayihənin üçüncü buraxılışını təqdim edib.

“Xudafərin körpüləri” adlı videoçarx təxminən doqquz əsr öncə tikildiyi güman edilən tarixi memarlığımızın incisi Xudafərin körpüsünə həsr olunub.

Tarixən bu körpülər Araz çayının şimal və cənub sahillərini birləşdirib, eləcə də ecazkar görünüşləri ilə Azərbaycan inşaatçılarının yüksək sənətkarlığından xəbər verir. Vaxtı ilə İpək yolunun üzərində yerləşən körpülərdən biri on beş, digəri on bir aşırımlı olub. Uzunluğu 130 metrə yaxın, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metr olan on bir aşırımlı körpüdən dövrümüzə salamat qalmış yalnız üç aşırımı gəlib çatıb. Tarıxı faktlara əsasən, 1930-cu illərədək nisbətən salamat qalmış həmin körpü ilə o taya-bu taya gedib gəlmək olurmuş. Həmin illərdə körpünün sahil tağları dağıdılır. O vaxtdan yerli əhali körpüyə “Sınıq” körpü adını verir.

Tarix boyu savaşlara şahidlik etmiş Xudafərin 2020-ci ilin oktyabrında Cəbrayıl işğaldan azad olunduqdan sonra yenidən vüsalın, ümidin rəmzinə çevrilib. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR