Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, ziyarət zamanı abidə önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib. Xüsusilə vurğulanıb ki, Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin abidəsinin ucaldılması Azərbaycan–Serbiya dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsinin göstəricisi olmaqla yanaşı, serb xalqının görkəmli dövlət xadiminə göstərdiyi hörmətin bariz nümunəsidir.
Eyni zamanda, Azərbaycan nümayəndə heyəti görkəmli serb yazıçısı Milorad Paviçin abidəsini də ziyarət edib. Abidə önünə gül dəstələri qoyularaq, yazıçının xatirəsinə ehtiram ifadə olunub. Bu ziyarət Azərbaycan nümayəndə heyətinin Serbiya xalqının tarixi və mədəni irsinə olan hörmətinin təzahürü kimi dəyərləndirilib. (AZERTAC)