28.04.2025, 19:09
AZ EN
11.09.2024, 07:02 253

Laçın sakini: Ali Baş Komandanımız İlham Əliyevin sayəsində bu günü gördük

XƏBƏRLƏR
  • Ali Baş Komandanımız, Prezident İlham Əliyevin sayəsində bu günü gördük.

Bunu Laçından olan keçmiş məcburi köçkün Hüsniyyə Hüseynova deyib.

“Sevincimin həddi-hüdudu yoxdur. Bu hissi dilə gətirmək mümkün deyil. Allah bu sevincli günü bütün məcburi köçkünlərə nəsib etsin. Hamı öz yurd-yuvasına, el-obasına qayıtsın”.

H.Hüseynova qeyd edib ki, həyatının ən xoşbəxt günlərindən birini yaşayır:

“Laçın şəhərini tərk edəndə 28 yaşım vardı, ora 61 yaşımda qayıdıram. Doğma yurduma həyat yoldaşım və qızımla dönürəm. Həyatımın ən xoşbəxt günlərindən biridir. Allah Azərbaycan Ordusunu qorusun”. (Report)

Oxşar xəbərlər