21.12.2024, 20:58
AZ EN
03.02.2023, 15:42 357

Qazilik də bir zirvədir

XƏBƏRLƏR

Vətən uğrunda döyüşmək, canını belə əsirgəməmək ən böyük qəhrəmanlıq nümunəsidir. Bu nümunə özünü 44 günlük Vətən müharibəsində bir daha təsdiq etdi. Belə igidlərdən olan Ağayev Sübhan Natiq oğlu 28 oktyabr 1985-ci ildə Kəlbəcər rayonunun Rəhimli kəndində anadan olub. O, 1991-ci ildə kənddəki məktəbin 1-ci sinfinə qəbul olunub. Rayonun işğalı ilə bağlı Gəncə şəhərinə köçüb, burada 5 saylı məktəbdə təhsilini davam etdirib. 2003-cü ildə orta məktəbi bitirən Sübhan 2004-cü ildə həqiqi hərbi xidmətə çağırılıb, 2005-ci ilin iyulunda ordudan tərxis olunub, müxtəlif işlərdə çalışıb. Həmişə ürəyində düşmənə qarşı olan nifrət hissi onu yenidən hərbi xidmətə sövq edib. Ona görə də MAXE kimi xidmətə başlayır və hərbi məktəbdə oxuyur. Sübhan döyüş yolu haqqında danışaraq bildirdi ki, mən Zirehli hərbi maşın sürücüsü idim. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində Suqovuşan, Ağdam, Ağdərə istiqamətində vuruşmuşam. Oktyabr ayının 7-də yaralandım, məni Bərdəyə göndərdilər. Yaramı sarıdılar döyüşə qayıtdım. Ağır döyüşlərdə iştirak edirdim. Nəhayət, oktyabr ayının 23-də düşmən minaatıcı silahla zirehli maşınımızı vurdu, başımdan ağır yara aldım. Oradan məni Mərkəzi Hərbi Hospitala göndərdilər. Uzun müalicədən sonra Maştağaya aparıldım. Oradan sonra yenidən Mərkəzi Hərbi Hospitala qaytardılar. Uzun müddətdir ki, müalicə alıram, hal hazırda da Maştağada müalicəm davam edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Sübahn Ağayev "İgidliyə görə", "Cəsur döyüşçü”, "Vətən müharibəsi iştirakçısı", “Ağdamın azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

İsa Musayev

Oxşar xəbərlər