Dədə-babadan canında-qanında bir mərdlik, qəhrəmanlıq varsa, o, özünü gələcək nəsillərdə də büruzə verəcəkdir. Belə bir nəslin övladı olan gizir Tərlan Mirzə oğlu Quliyevdir. Tərlan 1 dekabr 1989-cu ildə Füzuli rayonunun Araz Dilağarda kəndində anadan olmuşdur. O, öz kəndlərindəki tam orta məktəbdə orta təhsil almışdır. Orta təhsildən sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət keçmişdir. Tərxis olunduqdan sonra müxtəlif yerlərdə işləmiş, sonra isə gizir kimi orduya bağlanmışdır. Vətən müharibəsi dövründə Füzuli, Xocavənd istiqamətində döyüşlərdə iştirak edən T.Quliyev əsl fədakarlıqla döyüşmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə o, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir. Ailəlidir, iki övladı var, III dərəcəli əlildir.
İsa Musayev