03.08.2025, 03:39
AZ EN
19.05.2025, 12:35 236

“Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası təşkil edilib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində İqtisadiyyat Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və könüllülərin iştirakı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil edilib.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, aksiya çərçivəsində 1 hektar ərazidə 600-dən çox Eldar şamı və zeytun ağacı əkilib.

Aksiyanın keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığı təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir. (AZƏRTAC)

Oxşar xəbərlər