08.09.2024, 07:03
AZ EN
03.05.2023, 16:25 157

Ağdam və Laçın sakinlərinin növbəti qəbulu keçirilib

XƏBƏRLƏR
  • Mayın 3-də Ağdam və Laçın sakinlərinin növbəti qəbulu keçirilib.

Ağdam Rayon İcra Hakimiyyətində RİH başçısı Vaqif Həsənov vətəndaşları qəbul edib. Qəbul zamanı sakinlərin problemləri ayrı-ayrılıqda dinlənilib, bir sıra məsələlər yerində həll olunub və digərlərinin həlli məqsədilə isə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək nəzarətə götürülüb.

Bu gün həmçinin Laçın Rayon  İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin  növbəti qəbulu keçirilib. 4 nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək, onların müraciətləri ətraflı dinlənilib. Həmin müraciətlər münasib işlə təminat və digər məsələrlə bağlı olub.

Sakinlərin həmin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülüb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər