21.12.2024, 20:56
AZ EN
30.07.2023, 16:27 227

Vaqif Xaçatryanın işgəncə verdiyi keçmiş əsir: TV-də onu görən kimi tanıdım, azərbaycanlılara ən çox əzabı o verirdi

XƏBƏRLƏR
  • Birinci Qarabağ müharibəsində yaralı vəziyyətdə əsir düşən və bir müddət sonra əsirlikdən qayıdan Ucar sakini ötən gün Laçın keçid məntəqəsində saxlanılan Vaqif adlı erməninin ona verdiyi işgəncələrdən danışıb.

Ucar rayon sakini, 1971-ci il təvəllüdlü Mail Məhəmmədəli oğlu Məmmədov könüllü olaraq 1990-cı ildə Qarabağa yollanıb və döyüşlərində iştirak edib. Yaralı vəziyyətdə əsir düşüb. Bir müddət sonra erməni əsirləri ilə dəyişilərək vətənə qayıdıb.

Mail Məmmədov ötən gün Laçın keçid məntəqəsində saxlanılan Vaqif adlı ermənini tanıyıb və ona olmazı işgəncələr verdiyini deyir:

“Mən əsirlikdə olduğum müddətdə olmazın işgəncələrə məruz qalmışam. Amma mənə ən çox dözülməz işgəncələr verən isə Vaqif olub. Mənim başıma qaynayan çaydanı töküb. Qaynar su başımın dərisini tamamı ilə sıyırıb çıxartdı. Ürəyi soyumayan erməni daha sonra əvvəlcədən hazırlanmış dəmir xaçı odun sobasında qızdıraraq sinəmə basdı. Ümumiyyətlə, əsirlik dövründə azərbaycanlılara ən çox işgəncə verən keçid məntəqəsində saxlanılan Vaqif olub. Ötən gün televiziyada onu görən kimi tanıdım. Və mənə verdiyi işgəncələr gözümün önümə gəldi. Onu televiziyada görəndən bu vaxta kimi hələ də özümə gələ bilməmişəm”.

Qeyd edək ki, Ötən gün Laçın keçid məntəqəsində Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşayan, Azərbaycan əsirlərinə olmazın işgəncələr verən, 1955-ci il təvəllüdlü Xaçatryan Vaqif Çerkezoviç saxlanılıb. (APA)

Oxşar xəbərlər