“Seçki 2024” Müstəqil Media Mərkəzinin məlumatına görə, bunu Laçın rayonunun Zabux kənd sakini İqbal Kərimov deyib.
O, 30 ildən sonra doğma yurdunda seçkidə iştirak edəcəyi üçün sevincli olduğunu söyləyib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.