21.11.2024, 23:40
AZ EN
29.06.2022, 18:00 411

Cahit Bağçı: Bu gün Zəngilanda keçirilən tədbirlər dünyaya bir mesaj idi

XƏBƏRLƏR
  • Su konfransı çərçivəsində Zəngilana səfər etdik. Ağalı kəndindəki "Ağıllı kənd" yaşayış massivində yaradılan şəraitlə tanış olduq. Simvolik olaraq Həkəri çayına balıq buraxılması mərasimi keçirildi. Əslində bu gün burada keçirilən tədbirlər Azərbaycan dövləti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dünyaya bir mesaj idi. Dünyaya bəyan edildi ki, azad edilmiş ərazilər işğaldan əvvəl zəngin və münbit torpaqlar idi. Lakin erməni terroru həmin torpaqları qurutdu. Ən yaxın zamanda azad olunmuş torpaqlar bərpa ediləcək. Səfər zamanı bizə məlumat verildi ki, buradakı su hövzələrində Azərbaycanın "Qırmızı kitabı"na düşən doqquz növ balıq var. Ümumilikdə isə yaxın zamanlarda "bu torpaqlarda Azərbaycanın öz övladları yaşayacaq" anlamını ifadə edən tədbir oldu.

bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

Səfir "Ağıllı kənd" yaşayış massivində keçirilən beynəlxalq su konfransının əhəmiyyətinə toxunaraq bildirib: "İqlim dəyişikliyi, qlobal istiləşmə nəticəsində su mənbələrinin quruması, azalması, çirklənməsi ciddi bir problemə çevrilib. Qlobal iqlim dəyişikliyinin yan keçmədiyi və transsərhəd çayların çirkləndirilməsindən əziyyət çəkən Azərbaycanın azad edilmiş ərazidə belə bir konfrans təşkil etməsi də xüsusi önəm kəsb edir". (AZƏRTAC)

Oxşar xəbərlər