Bu sözləri Laçına köçən keçmiş məcburi köçkün Zeynəb Həsənova deyib.
O, deyib ki, sevinc hissini sözlə ifadə etmək çətindir: “Çox həyəcanlıyam, sevincliyəm. Kaş ora ailəmizin bütün üzvləri ilə qayıda biləydik. Həyat yoldaşım Laçına qayıtmağı çox arzulayırdı. Deyirdi görəsən ora qayıda biləcəm? Təəssüf ki, bu ona qismət olmadı, mənə nəsib oldu”.
“Şükür bu günümüzə. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Vətənimiz, igidlərimiz sağ olsun. Onların sayəsində bu günü gördük”, - Z.Həsənova əlavə edib. (Report)