16.09.2024, 23:26
AZ EN
11.03.2024, 09:00 289

Bu gün Vətən müharibəsi şəhidi Nizami Aydəmirovun doğum günüdür

XƏBƏRLƏR
  • Uşaq yaşlarından hər iki valideynini itirən Nizami iki bacının, bir qardaşın sevimlisi idi.

Bacısı Güllü Məmmədova deyir ki, Nizami sakit, təmkinli, ağır təbiətli, ailəcanlı vətənpərvər idi. Orta məktəbi bitirəndən sonra hərbiçi olmağa, torpaqlarımızı mənfur ermənilərdən təmizləmə can atırdı. Ona görə də hərbçi olmaq istədi. Vətənimizi bütöv görmək onun ən böyük arzusu idi...

"Bu gün Vətənimiz bütövlüyünə qovuşub. Şəhidlərimizin, Xocalının qisası alındı. Bu gün Azərbaycanımızın üç rəngli bayrağı Xocalıda, Xankəndində dalğalanır. İnanıram ki, qardaşım Nizaminin ruhu şaddır."

Baş kəşfıyyatçı Nizami Elçin oğlu Aydəmirov 1993-cü il martın 11-də Quba rayonunun Bağbanlı kəndində anadan olub.

2011-ci ildə hərbi xidmətə çağırılıb və N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təlim tədris mərkəzin MAHHXQ kursuna qəbul olunub. Kursu bitirdikdən sonra kəşfiyyatçı və baş kəşfıyyatçı vəzibfəsində xidmət edib.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Nizami Aydəmirov oktyabrın 5-də Füzuli rayonunun Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidliyin zirvəsinə yüksəlib.

Baş kəşfiyyatçı Nizami Aydəmirov ölümündən sonra "Vətən uğrunda", "Fizulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər