Bu fikirləri açıqlamasında bu gün Xocalıya köçən keçmiş məcburi köçkün Gülşən Cavadova deyib.
O, qeyd edib ki, yurda qayıdış hissini ifadə etmək çox çətindir: “İşğaldan azad olunandan sonra ilk dəfədir Xocalıya gedirəm. Bu, elə bir hissdir ki, onu heç bir sözlə ifadə etmək olmur. Qeyri-adi hissdir.
Valideynlərimin Xocalını tərk etmələri çox ağır, acınacaqlı olub. İndi bunu bütün dünya bilir. Həmin ağır günləri hansı sözlərlə ifadə etsək belə, hər şey onsuz da dünyaya məlumdur”.
Qeyd edək ki, bu gün Xocalı şəhərinə daha 33 ailə - 137 nəfər köçürülüb. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Xocalı şəhərinə köçürülən ailələrin ümumi sayı 85-ə - 341 nəfərə çatıb. (Report)