Teymur Ramiz oğlu Hüseynov 13 fevral 1991-ci ildə Naxçıvan, Babək rayonunun Yuxarı Buzqov kəndində anadan olmuşdur. O, orta təhsilini kəndlərindəki tam orta məktəbdə almışdır. Sonra hərbi xidmətə çağırılaraq Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişdir. Vətən müharibəsində kiçik çavuş kimi Teymur Füzuli, Xocavənd, Şuşa uğrunda döyüşlərdə əsl qəhrəmanlıq göstərmişdir. 6 noyabr 2020-ci ildə Şuşa şəhərində yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə T.Hüseynov "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "Şücaətə görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. Qazimiz ailəlidir, III dərəcəli əlildir, Azərbaycan Respublikası Müdafiə Nazirliyində işləyir.
İsa Musayev