17.12.2025, 12:18
AZ EN
17.12.2025, 07:39 129

Qırmızı Bazar sakini: Şəhidlərimizin sayəsində bu gün öz evimizə qayıdırıq

XƏBƏRLƏR
  • Çox həyəcanlıyam, Allah bilir, oraları görəndə hansı hissləri keçirəcəyəm.

Bunu Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinə köç edən Albita İsmayılova jurnalistlərə açıqlamasında deyib.

Sevincinin həddi-hüdudu olmadığını bildirən A. İsmayılova hisslərini belə ifadə edib:

"Allaha şükür edirəm ki, bizi öz doğma torpaqlarımıza qaytarırlar. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, prezidentimizə cansağlığı versin. Onların sayəsində bu gün öz evimizə qayıdırıq". (Report)

Oxşar xəbərlər