Təlimin keçirilməsində məqsəd tələbələri ekoloji məsələlər üzrə dünya səviyyəsində qəbul olunmuş tədbirlər və Azərbaycanın bu sahədə atdığı addımlarla tanış etməkdir.
Çingiz Məmmədov çıxışında qlobal istiləşmə, karbon dioksid emissiyalarının azaldılması yolları və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının əhəmiyyəti kimi əsas məsələlərə toxunub.
Təlim zamanı tələbələrə iqlim dəyişikliyinin təbiətə və insanlara təsiri, emissiyaların azaldılması məqsədi ilə Azərbaycanın həyata keçirdiyi layihələr, bərpa olunan enerji potensialı və yerli ekoloji tədbirlər haqqında geniş məlumat verilib.
Tahirə AĞAMİRZƏ