Qərbi Azərbaycandan olan Niyaz Süleymanov Dünya televiziyasına bildirib ki, 30 ildən çoxdur biz öz doğma torpağımızdan ayrı düşmüşük. İllərdi o arzu ilə yaşayırıq ki, bir gün öz yurdumuza qayıdacağıq. Nəhayət biz həmin günlərin astanasındayıq. Bizim dədə-baba torpağımıza qayıdışımız üçün əlimizdə hər bir əsas var. Qərbi Azərbaycan İcmasının bu sahədəki fəaliyyyəti təqdirəlayiqdir. Biz ümidvarıq ki, öz torpaqlarımıza qayıdacağıq. Bütün xalqımız hazırda bu arzu ilə yaşayır. Erməni işğalçıları bizi öz vətənimizdən çıxarandan, xüsusilə də, 1988-ci ildən bu yana bizim ən böyük arzumuz budur...
Hazırladı: Mina RƏŞİD