19.04.2024, 22:25
AZ EN
30.05.2023, 21:46 195

Qəhrəman xalqın qəhrəman oğlu

XƏBƏRLƏR

Rövşən Hümbət oğlu Məhərrəmzadə 4 avqust 1993-cü ildə Füzuli rayonunun Qazaxlar kəndində anadan olmuşdur. O, Füzuli rayonu, Nurəddin Alışov adına Qazaxlar kənd tam orta məktəbini bitirmişdir. Həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət keçmişdir. Vətən müharibəsində bir əsgər kimi Füzuli, Xocavənd istiqamətində mərdliklə döyüşmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Rövşən Hümbət oğlu Məhərrəmzadə "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü", III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif olunmuşdur. Qazimiz III dərəcəli əlildir.

İsa Musayev

Oxşar xəbərlər