Bu sözləri jurnalistlərə açıqlamasında Ağdam rayonunun Kəngərli kəndinə köçən sakin Teyyub Ağayev söyləyib.
O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi, müzəffər Ordumuzun şücaəti sayəsində torpaqlarımız işğaldan azad edilib və 30 ildən sonra öz doğma yurdumuza qayıdırıq.
Torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarından keçən şəhidlərə rəhmət, sağlamlığını itirənlərə şəfa diləyirəm. (AZƏRTAC)