22.11.2024, 12:49
AZ EN
14.10.2024, 15:56 253

Qarabağ irsini təbliğ edən layihədə Xocavənd məktəbliləri də iştirak ediblər

XƏBƏRLƏR
  • Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə keçirilən "Qarabağ irsinin intellektual oyunlar vasitəsilə təbliği" layihəsi çərçivəsində Xocavənd və Beyləqan rayonlarında 9-11 ci siniflər arasında "NƏ? HARADA? NƏ ZAMAN?" intellektual oyun turniri təşkil olunub.

Turnirin Xocavənd rayonu üzrə seçim turunda Salakətin kənd tam orta məktəbi, Qaradağlı kənd tam orta məktəbi, Tuğ kənd tam orta məktəbi və Xocavənd rayonu 4 saylı tam orta məktəbin şagirdlərindən ibarət ümumilikdə 10 komanda iştirak edib. 5 komandanın finala vəsiqə qazandığı seçim turunu Salakətin kənd tam orta məktəbinin şagirdlərindən ibarət "İŞIQ" komandası birinciliklə başa vurub.

Qeyd edək ki, layihənin əsas məqsədi xüsusilə böyük qayıdış prosesinin başlandığı bu dönəmdə Qarabağın bərpası və dirçəldilməsində gənclərin rolunu artırmaq və onları bu uğurda çalışmağa stimullaşdırmaqdan ibarətdir.

Mina RƏŞİD

Oxşar xəbərlər