İcra Hakimiyyətindən bildirilib ki, Sumqayıt şəhər Mədəniyyət evində keçirilən görüşdə RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində aparılan tikinti-quruculuq işləri, həmçinin ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verib.
Daha sonra sakinlər tərəfindən qaldırılan məsələlər və edilən müraciətlər İcra Hakimiyyətinin başçısı tərəfindən diqqətlə dinlənilib. Bir çox müraciət yerindəcə araşdırılaraq müsbət həllini tapıb, müxtəlif məsələlərlə bağlı lazımi məsləhətlər və izahatlar verilib. Həlli vaxt tələb edən müraciətlər isə nəzarətə götürülərək aidiyyəti üzrə tapşırıqlar verilib.