22.01.2026, 11:14
AZ EN
22.01.2026, 08:50 262

Qarabağda genişmiqyaslı elmi araşdırmalar aparılıb

XƏBƏRLƏR
  • Ötən il Qarabağ və Şərqi Zəngəzurda aparılan elmi tədqiqatlar AMEA-nın Yer Elmləri Bölməsinin (YEB) prioritet istiqamətlərindən olub.

YEB üzrə elmi müəssisələrdə 15 problem çərçivəsində 44 mövzu üzrə 56 elmi-tədqiqat işi yerinə yetirilib, 11 mövzu və 20 elmi-tədqiqat işi tamamlanıb. İl ərzində 40-dan çox mühüm elmi nəticə əldə olunub, 43 elmi-tətbiqi iş isə təsərrüfat müqavilələri əsasında aparılıb.

Tədqiqatlar Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Xəzər dənizinin karbohidrogen ehtiyatları, qaz-kondensat yataqları, bərpaolunan enerji resursları, aktiv geodinamik proseslər, zəlzələlər və yer qabığı deformasiyaları, su ehtiyatlarının idarə olunması və alternativ su mənbələrinin tətbiqi sahələrini əhatə edib. (AZƏRTAC)

Oxşar xəbərlər