Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq doktoru Alla Bayramova deyib.Onun sözlərinə görə, Qarabağ, Azərbaycan musiqisinin beşiyidir. Burada yaranmış musiqi irsi bütün dünyada tanınır və yüksək qiymətləndirilir. Qarabağın azad edilməsi ilə bu regionda Azərbaycanın zəngin musiqi mədəniyyətinin yenidən dirçəlişinə imkan yaranır: “Şərqi Zəngəzur və Qarabağda yenidənqurma işləri, o cümlədən musiqi mədəniyyətimizin inkişafı üçün geniş imkanlar açılır. Parlamentin yeni tərkibinin üzərinə bu mədəniyyətin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi üçün vacib qanunvericilik tədbirlərini həyata keçirmək düşür. Musiqi mədəniyyəti beşiyimizin bərpası yalnız tarixi ədalətin bərpası deyil, həm də xalqımızın mənəvi qələbəsidir”, - deyə Alla Bayramova fikrini yekunlaşdırıb.