18.06.2025, 21:53
AZ EN
23.03.2023, 12:02 321

Qazi ömrü şərəfli ömürdür

XƏBƏRLƏR

Azərbaycan tarixində ötən əsrin sonları qara hərflərlə yazıldı. 1990-1992-ci illər qırğınları, Qarabağ və ətraf rayonların işğalı. Həmin məşəqqətli günlər yaşından asılı olmayaraq hamının qəlbində əbədi yaraya çevrildi. Lakin Azərbaycan dövlətinin, onun Prezidenti cənab İlham Əliyevin müqəddəs amalı işğala son qoymaq, düşmənə Müzəffər Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərmək idi. Belə bir an gəldi, növbəti düşmən təxribatı elə ilanın öz başında çatladı. Bu müqəddəs savaşda Hüseyn Fərman oğlu Cəfərov da Vətən borcunu layiqincə yerinə yetirdi. O, 12 mart 1990-cı ildə Şuşa rayonunun Quşçular kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. 44 günlük Vətən müharibəsində Hüseyn Füzuli, Cəbrayıl, Xocavənd uğrunda döyüşlərdə fəallıq göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ona "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları verilmişdir. Ailəlidir, AZAL-da işləyir.

İsa MUSAYEV

Oxşar xəbərlər