Olimpiadada rayon təhsil sektorları üzrə hər komandada 3 oğlan və 2 qız olmaqla ümumilikdə, 25 şagird 5 komandada mübarizə aparıb.
FİDE qaydaları əsasında keçirilən şahmat turnirində Cəbrayıl rayon komandası xal hesabı ilə digər komandaları üstələyərək qalib olub.
Regional mərhələdə qalib olan Cəbrayıl rayon komandası respublika mərhələsində Cəbrayılı təmsil edəcək.
Qeyd edək ki, növbəti həftələrdə olimpiadanın bilik yarışı istiqaməti üzrə regional mərhələsi təşkil olunacaq. Bilik yarışında məktəblilər riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələrində bilik və bacarıqlarını nümayiş etdirəcəklər.
Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi olan "Zəkaların mübarizəsi" olimpiadasının keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, müxtəlif regionlardan olan şagirdlər arasında dostluq əlaqələrinin qurulması və ümumilikdə, öyrənməyə təşviq etməkdən ibarətdir.
Qeyd edək ki, olimpiadaya ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri cəlb olunub.
Uğur qazanan Cəbrayıl rayon komandasının üzvlərini təbrik edir, onlara olimpiadanın respublika mərhələsində uğurlar arzulayırıq!
Tahirə AĞAMİRZƏ