20.04.2025, 05:40
AZ EN
23.10.2023, 17:54 293

Məcburi köçkünlər arasında “Böyük Qayıdış”la bağlı növbəti “fokus-qrup” müzakirəsi Qaradağda keçirilib

XƏBƏRLƏR
  • Məcburi köçkünlər arasında “Böyük Qayıdış”la bağlı növbəti “fokus-qrup” müzakirəsi Qaradağ rayonunda keçirilib

ADA Universitetinin Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu ilə birgə həyata keçirdiyi “İşğaldan azad edilmiş ərazilərə əhalinin geri qayıdışının və reinteqrasiyasının təmin edilməsi məqsədilə məcburi köçkünlər arasında sosioloji sorğunun keçirilməsi və ilkin proqnozların hazırlanması” layihəsi davam edir.

Layihə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının “Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması” prioritet istiqamətinin “Əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili” fəaliyyət istiqaməti üzrə həyata keçirilir.

Layihə çərçivəsində keçirilən növbəti fokus qrup müzakirəsi oktyabrın 18-i Qaradağ rayonu Qobu qəsəbəsində təşkil olunub.
Qrup müzakirələrində ümumilikdə 28 keçmiş məcburi köçkün iştirak edib. Onlar müzakirə zamanı könüllü, ləyaqətli və təhlükəsiz formada doğma torpaqlarına qayıdış ilə bağlı rəy və təkliflərini, gözləntilərini, eləcə də reinteqrasiya ehtiyaclarını və potensiallarını aşkarlayan sualları cavablandırıblar. (Trend)

Oxşar xəbərlər