22.11.2024, 08:57
AZ EN
05.05.2023, 16:45 194

Öz torpağımızda ermənilər bizə rahatlıq vermirdilər...

XƏBƏRLƏR
  • İnsan harada yaşasa da doğulduğu torpağı, öz ata-baba yurdunu unutmur. Kərimovlar ailəsi də bir vaxt Göyçə mahalının Ardanış kəndindən Bakıya pənah gətirib. Duman Kərimov deyir ki, kəndimizin digər adı da Çənbərəkənd idi. Kəndlərin əksəriyyətində azərbaycanlılar yaşayırdı. Ermənilər daha çox rayon mərkəzində yerləşmişdilər.  

D.Kərimovun təhsil aldığı məktəbin elə ilk müəllimlərindən biri də onun atası İsmayıl Kərimov olub. Deyir ki, məktəbimiz 1921-ci ildə açılmışdı. 2021-ci ildə məktəbin 100 illiyini burada qeyd elədik.

Ofeliya Kərimova da doğma obaları ilə bağlı xatirələrindən danşır. Deyir, yurdumuzun sərin suları, gözəl bulaqları var idi. Hər şey yaxşı idi. Ancaq ermənilər torpağımızda bizə rahatlıq vermirdilər. Həmişə etnik dini ayrı-seçkilik hiss olunurdu. Bu da yaşayışımızı çətinləşdirirdi. Məsələn, biz xəstələnəndə məcbur olun Naxçıvana həkimə gəlirdik. Çünki, ermənilər “türk”, deyə həmişə bizi itələyir, hamıdan axırda qəbul edirdilər...

Bu gün Qərbi Azərbaycana qayıdış konsepsiyası hazırlandığı bir vaxtda Kərimovlar ailəsi də doğma Göyçəyə qayıdacaqlarını səbirsizliklə gözləyirlər...

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR