Bu fikirləri məxsusi müsahibəsində Yaponiyada yaşayan azərbaycanlı professor, elektronika mühəndisi, ixtiraçı Xəlil Kələntər səsləndirib.
O bildirib ki, strukturu yenicə formalaşan və təkmilləşdirilən Qarabağ Universiteti bu cür yeni əməkdaşlıq modelləri tətbiq etmək üçün böyük fürsətdir. “Qarabağ Universitetinin missiyası ilkin mərhələdə bir və ya iki strateji, bazaryönümlü istiqamətə fokuslanmaq, beynəlxalq universitetlər və sənaye liderləri ilə əməkdaşlıq qurmaq, eləcə də kurikulum və laboratoriya infrastrukturunu biznesin real ehtiyaclarına tam uyğun şəkildə formalaşdırmaq olmalıdır”, - deyə X.Kələntər əlavə edib. (AZƏRTAC)