20.09.2024, 00:17
AZ EN
01.05.2024, 11:55 255

Mənə gilizlərdən boyunbağı düzəltmişdi...

XƏBƏRLƏR
  • Elburus gülərüz, zarafatcıl və mehriban oğlan idi. Nənəsi deyir ki, qapıdan içəri keçəndə mənim üçün həmişə mahnı oxuyardı. Kaş bir daha onun gülər üzünü görəydim, deyir. O, Tovuz döyüşlərindən cəbhəyə can atırdı. Deyirdi ki, Vətənin bizə ehtiyacı var. Ona görə də müharibə başlayan kimi könüllü olaraq döyüşlərə yollandı. Qəhrəman döyüşçü yaralı yoldaşlarını çiyninə alaraq qaça-qaça təhlükədən uzaqlaşdırırdı. Elburus 6 ay idi ki, ailə həyatı qurmuşdu. Cəbhədə olarkən həyat yoldaşına gilizdən boyunbağı da düzəltmişdi, amma bunu ona bağışlamağa zamanı çatmadı...

Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidlərindən biri, Elburus İlyas oğlu Verdiyevin doğum günüdür. O, 1993-cü il may ayının 1-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2000–2011-ci illərdə İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb.
Elburus Verdiyev 2011–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elburus Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elburus Verdiyev oktyabrın 26-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz Tovuz rayonunun Aşağı Quşçu kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elburus Verdiyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.

Şəhidlər ölməz, Vətən bölünməz!

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR