Görüş zamanı millət vəkili sakinlərin sosial rifahı, hüquqi məsələləri və gündəlik qayğıları ilə bağlı müraciətlərini diqqətlə dinləyib. Müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, pensiya təyinatı, məşğulluq, mənzil təminatı, əlillik dərəcəsinin alınması və digər sosial mövzuları əhatə edib.
Deputat bildirib ki, bir sıra məsələlərin həlli üçün aidiyyəti dövlət qurumlarına rəsmi deputat sorğuları göndəriləcək və müraciətlər nəzarətdə saxlanılacaq.
Tahirə AĞAMİRZƏ