Görüşdə icra başçısı Prezident İlham Əliyevin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı.
Səyyar qəbul zamanı çıxış edən sakinlər davamlı diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirdilər.
Daha sonra sakinlərin problemləri dinlənilib qeydiyyata alındı, bir qismi yerində öz həllini tapdı, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verildi.
Hazırladı: Mina RƏŞİD