19.11.2025, 22:07
AZ EN
23.10.2025, 10:19 259

Bu gün şəhid İbrahim Əliyevin doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi İbrahim Nəcəfqulu oğlu Əliyevin doğum günüdür. O, 1993-cü il oktyabrın 23-də Xəzər rayonunun Buzovna qəsəbəsində anadan olub. Buzovna qəsəbəsində yerləşən 125 nömrəli orta məktəbdə 9 illik təhsil alıb. Uşaqlıqdan kompyüterə, elektrik işlərinə həvəsi olan İbrahim bu sahədə özünü inkişaf etdirib. 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılıb və Ağdamda N saylı hərbi hissədə ön xətdə Vətənə xidmət edib. İbrahim 2003-cü ildə atasını, 2020-ci ildə anasını itirib.

İbrahim Əliyev 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ Müharibəsində könüllü olaraq iştirak edib. O, Füzuli, Cəbrayıl və Zəngilan istiqamətində gedən döyüşlərdə mərdliklə savaşıb.

İbrahim Əliyev 2020-ci il oktyabrın 26-da Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük izdihamla doğulduğu Buzovna qəsəbəsində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən İbrahim Əliyev ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər