“Vətən səsi” xəbər verir ki, bununla bağlı “Azad İran” “Telegram” kanalında yeni kadrlar yayımlanıb. Məlumatda çayın hazırkı vəziyyəti ekoloji fəlakət həddi kimi xarakerizə olunur və bildilir ki, həddən artıq çirklənmənin qarşısı təcili şəkildə alınmasa, ətraf ərazilərdə epidemik xəstəliklərin yayılması qaçılmaz olacaq.
Maraqlıdır ki, ermənilərin Araz çayını çirkləndirməsini sübut edən görüntülər dəfələrlə yayılsa da, indiyədək İran tərəfindən bununla bağlı heç bir etiraz bildirməyib. Hətta bu ilin yazında baş vermiş analoji vəziyyədə də İranın səlahiyyətli qurumların rəsmiləri susmuşdular. Hətta bəzi İran mənsublar Araz çayının çirklənməsi və suyun rənginin dəyişməsi ilə bağlı mətbuatda yayılan məlumatları təkzib etmişdirlər. Bu dəfə isə vəziyyət bir qədər fərqlidir və İran hökuməti çayın yaşıl rəngə boyanmasını ciddi narahatlıqla qarşılayıb.
Qeyd edək ki, Araz çayının Ermənistan tərəfindən kimyəvi və zəhərli tullantılarla çirkləndirilməsi Güney Azərbaycanda əhali arasında xərçəng və digər təhlükəli xəstəliklərin artmasına səbəb olub.
Elxan SALAHOV