08.06.2025, 23:42
AZ EN
01.11.2024, 08:09 321

Bu gün Kənd Təsərrüfatı İşçiləri Günüdür

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.

Hazırda ölkəmizdə qeyri-neft sektorunun ən aparıcı sahələrindən olan aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. 

Kənd təsərrüfatına dövlət dəstəyi proqramına start verilməsi, bu yöndə qəbul olunan qərarlar, imzalanmış Fərman və Sərəncamlar, həmçinin fermerlərin texnika, gübrə və damazlıq heyvanla təminatı ilə bağlı dövlət tərəfindən güzəştlərin tətbiq edilməsi, bütövlükdə fermerlər və kəndlilərə hərtərəfli diqqət və qayğının göstərilməsi dövlətin kənd təsərrüfatına, kəndə və kəndliyə münasibətini göstərir, nəticədə iqtisadiyyatın, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər