21.09.2024, 23:51
AZ EN
13.12.2022, 15:16 450

Kəlbəcər, Laçın və Şuşada hava şəraiti

XƏBƏRLƏR
  • Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, dekabrın 13-də Kəlbəcər, Laçın və Şuşada hava əsasən yağmursuzdur, arabir duman müşahidə olunur. Qərb küləyinin sürəti 3-8 metr/saniyə təşkil edir. Havanın temperaturu gündüz 2° şaxtadan 3°-dək isti, axşam 0-4° şaxta olacaq.

Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, həmin ərazilərdə hava şəraiti dekabrın 14-də əsasən yağmursuz keçəcək, arabir duman olacaq, qərb küləyinin sürəti 3-8 metr/saniyə təşkil edəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı proqnozlaşdırılır. Dekabrın 15-də hava əsasən yağmursuz keçəcək, arabir dumanlı hava şəraiti müşahidə olunacaq, qərb küləyinin sürəti 3-8 metr/saniyə olacaq. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 2° dərəcə şaxtadan 3°-dək isti olacağı gözlənilir.

G.Məmmədovanın sözlərinə görə, dekabrın 16-da Kəlbəcər, Laçın və Şuşada hava əsasən yağmursuz, arabir dumanlı olacaq, qərb küləyinin sürəti 3-8 metr/saniyə təşkil edəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacağı ehtimal edilir.

Həmin ərazilərdə dekabrın 17-də də əsasən yağmursuz, arabir dumanlı hava şəraiti müşahidə olunacaq, qərb küləyinin sürəti 3-8 metr/saniyə olacaq. Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 0-5° isti olacağı bildirilir.

Oxşar xəbərlər