19.05.2025, 19:09
AZ EN
19.05.2025, 14:42 268

Bu gün Dünya Ədalətli Oyunlar Günüdür

XƏBƏRLƏR
  • 19 may Dünya Ədalətli Oyunlar Günüdür. Bu gün idmanda etik dəyərlərin, dürüstlüyün, hörmətin və həmrəyliyin təbliğinə həsr olunub. Ədalətli oyun prinsipləri sağlam rəqabətin və qarşılıqlı hörmətin əsasını təşkil edir.

Azərbaycan beynəlxalq ədalətli oyunlar hərəkatı ilə bağlı proseslərdə fəal iştirak edir. Bunu Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev bildirib.

O, 2024-cü ilin yekunlarına həsr olunan mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında ölkədə ədalətli oyunlar baxımından yüksək adlara layiq insanların olduğunu bildirib. Qeyd edib ki, Ədalətli Oyunlar Komissiyası artıq uzun müddətdir fəaliyyət göstərir. Həm Beynəlxalq, həm də Avropa Ədalətli Oyunlar hərəkatının üzvü kimi komissiya bununla bağlı proseslərdə çox fəal iştirak edir. Artıq Azərbaycanda ədalətli oyunlar baxımından yüksək adlara layiq insanlar var. Komisssiyanın fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. Bu il o özü "Con Barotta" mükafatına layiq görülüb. Mükafat bundan əvvəl mərhum nazirimiz Azad Rəhimova, həmçinin MOK-un vitse-prezidenti Çingiz Hüseynova təqdim olunmuşdu. Bu, karyera ilə bağlı Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təsis olunmuş mükafatdır.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər