Bu fikirləri Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova İkinci Fəxri xiyabanda jurnalistlərə açıqlamasında deyib.
Şəhid generalın anası fikirlərinə belə davam edib: “Torpaqlarımızı itirəndə də neçə-neçə qəhrəman oğulları qurban vermişdik. Onların yarımçıq qalan arzusunu gənclərimiz öz canları, qanları hesabına həyata keçirdilər. Xankəndiyə, Xocalıya soydaşlarımızın ayağı dəyəndə, orada həyat yenidən canlananda Polad kimi qəhrəmanların ruhu da dinclik tapacaq. Çünki onlar məhz bu günlər üçün öz canlarını fəda etdilər”. (AZƏRTAC)